Lavrov bəyan etdi:

"Biz müharibə istəmirik, lakin maraqlarımıza qarşı kobud hücumlara da yol verməyəcəyik, maraqlarımızın da diqqətdən kənarda qalmasına imkan verməyəcəyik”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Rusiyanın XİN naziri Sergey Lavrov deyib. Nazir bildirib ki, Rusiyadan asılı olsa, Ukrayna ilə müharibə olmayacaq. Lavrov vurğulayıb ki, təhlükəsizlik təminatları ilə bağlı təkliflər ultimatum deyil və Moskva sadəcə olaraq vicdanla davranmaq istəyir.

Nazir qeyd edib ki, bu mövzuda ABŞ və NATO ilə danışıqlar hələ başa çatmayıb. Lavrov onu da deyib ki, Kiyevi Minsk razılaşmalarına əməl etməyə məcbur etmək lazımdır “onda hər şey qaydasına düşəcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR