Türkiyədən Gürcüstana növbəti hərbi dəstək

Türkiyə Marneuli hərbi hava bazasının imkanlarının yaxşılaşdırılması üçün Gürcüstan Müdafiə Nazirliyinə növbəti dəfə yardımlar göndərib.

Metbuat.az xəbər verir ki, budəfəki yardımlar sırf Marneuli hərbi hava bazası üçün nəzərdə tutulub.

Belə ki, bazanın təchizatının yaxşılaşdırılması üçün Türkiyənin Müdafiə Nazirliyi Marneuliyə 11 ədəd təchizat maşını, iki ədəd mikroavtobus, iki ədəd traktor və digər müxtəlif texniki vasitələr yollayıb.

Əldə olunan razılığa görə, Türkiyə istənilən vaxt bu hərbi bazadan istifadə edə biləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR