Sevgilisi məşhur futbolçunu təcavüzdə ittiham edir -

Model Harriet Robson “Mançester Yunayted”in və İngiltərə millisinin futbolçusu Meyson Qrinvudu məişət zorakılığında ittiham edib.

Metbuat.az xəbər verir ki, model İnstaqram səhifəsinin “hekayə” bölümündə bədənində döyülmə izləri olan foto və videolar yerləşdirib. “Qrinvudun mənə həqiqətən nə etdiyini bilmək istəyən hər kəs üçün” yazan Robson futbolçunun onu cinsi əlaqəyə məcbur etdiyini bildirib. Robson hətta səs yazılarını da yayıb.

“Mançester Yunayted” məsələdən xəbərdar olduqlarını açıqlayıb, lakin faktlar aşkarlanana qədər şərh verilməyəcəyi bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR