Azərbaycan Kubokunda 1/4 final mərhələsi start götürür

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayacaq.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Belə ki, "Qarabağ" və kubokun son qalibi "Keşlə" Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşacaqlar. Matç saat 17:30-da başlayacaq. Oyunu Vüqar Həsənli idarə edəcək.

Günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək. Saat 19:45-də başlayacaq görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Azərbaycan Kuboku

1/4 final, ilk oyunlar

1 fevral (çərşənbə axşamı)

17:30. “Qarabağ” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu.

19:45. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bakcell Arena”.

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarına fevralın 2-də keçiriləcək "Zirə" - "Səbail" və "Sumqayıt" - "Qəbələ" matçları ilə yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR