Emreli "Legiya" ilə müqaviləsini pozaraq bu kluba KEÇDİ -

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.

Metbuat.az xəbər verir ki, o, yeni komandasında tibbi müayinədən keçdikdən sonra 4,5 illik müqaviləyə imza atıb. Emreli "Dinamo"da 11 nömrəli formanı geyinəcək.

Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına keçidi barədə danışarkən qeyd edib ki, "Dinamo" bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibdir:

"Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm".

Polşa "Legiya"sına gəlincə, klub futbolçu ilə müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR