x
Loading...

Mark Zukerberq dünyanın ən zəngin onluğu siyahısından kənarda qaldı

"Meta"nın qurucusu Mark Zukerberq şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində dünyanın ən varlı adamları siyahısında 12-ci yerə düşüb.

Metbuat.az xəbər verir ki, bunu "Forbes"in real vaxt rejimində apardığı milyarderlər reytinqinin məlumatları sübut edir.

Hazırda onun sərvəti 84,8 milyard dollar qiymətləndirilir.

Reytinqə əsasən Zukerberq gündə 29,7 milyard dollar (25,9%) itirib.

"Meta"nın qurucusu bu siyahıda İlon Maskı qabaqlayır. Keçən il Tesla rəhbəri bir gündə 33 milyard dollar itirmişdi.

Zukerberq 2015-ci ildən dünyanın ən zəngin 10 adamı siyahısındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR