Sumqayıt şəhər sakini Şamil Ələsgərov hər gün Şəhidlər xiyabanını ziyarət edir, onların məzarını təmizləyir.

Metbuat.az bildirir ki, Şamil Ələsgərov artıq 6 ildir, hər gün Sumqayıtda yerləşən Şəhidlər xiyabanına gəlir, məzarların üstünü təmizləyir, bayraqları yeniləyir, bunu özünə borc bilir.

Gənc oğlan bu əməlinə görə şəhid yaxınlarının sevimlisinə çevrilib.