Bakı-Sumqayıt qatarında oğurluq olub

Bakı-Sumqayıt sürət qatarından oğurluq olub.

Metbuat.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN NBPİ-nin Biləcəri Xətt Polis Şöbəsinə yanvarın 28-də Bakı-Sumqayıt sürət qatarında Abşeron rayon sakini M.Mirəhmədova məxsus içərisində noutbuk, mobil telefon, elektrik qidalandırıcısı və 3 ədəd telefon nömrəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Dənziyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR