Futzal üzrə Avropa çempionatı başa çatıb.

Metbuat.az xəbər verir ki, Amsterdamdakı “Ziggo Dome”də keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıblar.

Görüşdə 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, üçüncü yer uğrunda matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi bürünc medal qazanıb.