Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək

Futbol üzrə Azərbaycan milli mart ayında iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

AFFA-dan Metbuat.az-a verilən məlumata görə, yığma martın 25-də Malta, martın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.

Hər iki oyun Maltada (National Stadium) keçiriləcək və müvafiq olaraq, yerli vaxtla saat 19:00 və 13:00-da (Bakı vaxtı ilə saat 22:00 və 16:00) başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR