"Qarabağ" Azərbaycan çempionatlarında 1 300-cü qolunu vurub

“Qarabağ” Azərbaycan çempionatlarında 1 300-cü qolunu vurub.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın XV turunda “Neftçi” ilə görüşdə gerçəkləşib.

2:1 hesablı səfər qələbəsi qazanan Ağdam klubunun ikinci qolu tarixi əhəmiyyət kəsb edib.

Kadi Borges ölkə çempionatlarında 840-cı oyununa çıxan “Qarabağ”ın 1 300-cü qolunun müəllifi olub.

Bu top həm də “Neftçi” ilə qarşılaşmalarda 100-cü çempionat qoludur.

Qeyd edək ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “Qarabağ” evdə 750, səfərdə 535, neytral meydanda 15 top vurub. Ağdamlılar 1300 və daha çox qol vuran ikinci komandadır. Yalnız “Neftçi”nin aktivində daha çox top var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR