Ronaldonun anası Papaya hədiyyə verib

İngiltərənin "Mançester Yunayted" klubunun məşhur portuqaliyalı futbolçusu Kriştianu Ronaldunun anası Dolores Aveyru Roma Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşüb.

Metbuat.az xəbər verir ki, futbolçunun anası Roma papasına oğlunun yığmada geyindiyi formanı hədiyyə edib.

Qeyd edək ki, Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 19 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ronaldunun anası Roma Papasına millinin formasını hədiyyə edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR