"Keşlə"nin kapitanı cəzalanıb

AFFA İntizam Komitəsi "Keşlə" klubunun kapitanı İlkin Qırtımovu bir oyunluq cəzalandırıb.

Metbuat.az xəbər verir ko, buna 32 yaşlı müdafiəçinin "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur oyununda ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.

Qırtımov paytaxt təmsilçisini 200 manat məbləğində ziyana salıb. "Keşlə" 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək.

Bundan əlavə, "Sumqayıt" klubu da 800 manat məbləğində cərimələnib. "Gənclik şəhəri" təmsilçisinin 4 futbolçusu "Səbail"lə 1:1 hesabı ilə heç-heçə etdikləri görüşdə sarı vərəqə görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR