Rusiyada An-2 təyyarəsi QƏZAYA UĞRADI:

Kamçatkada qəzaya uğrayan An-2 təyyarəsinin göyərtəsində olan iki ekipaj üzvü həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladimir Solodov məlumat verib. İstintaq Komitəsi An-2 təyyarəsinin Kamçatkada qəzaya uğradığı yerdən kadrları dərc edib.

Videoda təyyarənin qalıqları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının işi əks olunub.

Qeyd edək ki, Karaginski rayonunun Tımlat kəndinə yük daşıyan təyyarə Kamçatka ərazisinin Yelizovski rayonunun Koryaki kəndi yaxınlığında qəzaya uğrayıb. Qəza uçuş zamanı meydana gəlib. Faktla bağlı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR