24 min 101 daşınmaz əmlak üzrə qeydiyyat aparılıb -

Cari ilin yanvar ayı ərzində 24 min 101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19.3 % çoxdur.

Metbuat.az xəbər verir ki, aylıq göstəricinin 4.101-i (17,02%-i) ilkin, 20.000-i (82.98%-i) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3.798-i fərdi yaşayış və bağ evi, 6.835-i mənzil, 12.534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, cari ilin yanvar ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6.501-i Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.

Qeyd edək ki, cari ilin ilk ayı ərzində 1.273 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 40% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 6,3% artaraq 1.057 olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR