"Topçu Vüsal" qəzaya düşdü -

Vətən müharibəsində "Topçu Vüsal" kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.

Metbuat.az Unikal.org-a istinadla xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib.

Belə ki, V.Şahkərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.

O, açıqlamasında məlumatı təsdiqləyib:

"Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR