NATO-nun ilk daimi döyüş qrupu bu ölkəyə yerləşdirilir

Fransanın komandanlığı altında NATO-nun ilk daimi döyüş qrupu Rumıniyada yerləşəcək.

Metbuat.az xəbər verir ki, bu barədə NATO Baş katibinin müavini Mirça Coane deyib.

“Gələn həftə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin çox mühüm toplantısı baş tutacaq. Rumıniyada daimi olaraq Fransanın rəhbərlik etdiyi NATO döyüş qrupunun yaradılması ilə bağlı birgə qərarı qəbul edə biləcəyik. Digər müttəfiqlərin də NATO-nun Rumıniyada daimi mövcudluğuna töhfə verəcəyini gözləyirik”, - Coane bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR