Türkiyə və İsrailin yaxınlaşmasından narahat oldular:

İranın nüfuzlu xəbər agentliyi ABNA Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması barədə məqalə dərc edib.

Metbuat.az xəbər verir ki, məqalədə İsrailin Xarici İşlər Nazirliyindəki məsul şəxsin ötən həftə Ankarada bir sıra gizli görüşlər keçirdiyi diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, Türkiyə ərəb ölkələri ilə münasibətləri normallaşdırandan sonra İsrail ilə diplomatik əlaqələri bərpa etməyə hazırlaşır.

Müəllif İsrail prezidenti İsaaq Herzoqun mart ayından Türkiyəyə mümkün səfərini xatırladıb. Məqalədə iddia edilib ki, fələstinliləri müdafiə edən prezident Rəcəb Tayyib Ərdoğanın İsraillə münasibətləri normallaşdırması Türkiyənin imicinə zərbə vura, Ərdoğanın siyasi gələcəyi üçün pis təsiri ola bilər. Müəllif Ərdoğanın addımlarını fələstin xalqına "xəyanət" kimi qələmə verib.

Qeyd edən ki, Türkiyə və İsrail münasibətlərinin normallaşmasının İranda narahat doğurduğuna dair xəbərlər yayılmışdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR