Cüdo üzrə Böyük Dəbilqəyə qatılacaq Azərbaycan yığmasının heyəti bəlli olub

Fevralın 17-də İsrailin paytaxtı Təl-Əvivdə start götürəcək cüdo üzrə Böyük Dəbilqə üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Metbuat.az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, turnirdə yalnız kişi cüdoçuların iştirakı nəzərdə tutulub.

Baş məşqçi Mövlud Mirəliyevin rəhbərliyi altında Kəramət Hüseynov, Balabəy Ağayev (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR