Gənc şairimizin kitabı Kosovada çap olundu -

Gənc şair Ümid Nəccarinin "Fotoja e errësirës" (Qaranlığın fotosu) adlı kitabı Kosovoda işıq üzü görüb.

Metbuat.az xəbər verir ki, kitabın tərcüməsi dünya şöhrətli şair Jeton Kelmendiyə və önsöz müəllifi Dr. Bujar Tafaya aiddir. Bu kitab həm də böyük sayıda Kosovodakı məktəblər və universitetlərdə öyrəncilərə veriləcəkdir. Kitab "IWA Bogdani" nəşriyyatında alban dilində çap olunub.

Xatırladaq ki, 2020-ci ildə Ümid Nəccarinin “Qaranlığın fotosu” adlı kitabı “СЛИКА TAME” (serb dilində) Belqrad şəhərində və 2021-ci ildə Özbəkistan da "Unutmaq" adlı şeir kitabı dərc olunmuşdur. Ümid Nəccari üç kitab müəllifidir və indiyə qədər Amerika, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və başqa ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq yayımlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR