Olaf Şolz vasitəçilik funksiyasını yerinə yetirmir -

Almaniyanın Sol Partiyası Merkelə Rusiya və Ukrayna arasında vasitəçi rolunu təklif edib.

Metbuat.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkelə Rusiya ilə Ukrayna arasında münaqişənin həllində vasitəçi rolunu nəzərdən keçirmək təklif olunub. Bu təşəbbüslə Bundestaqdakı Sol Partiya fraksiyasının həmsədri Ditmar Barç çıxış edib.

Barç qeyd edib ki, Merkelin namizədliyi onun nüfuzuna uyğun olacaq. "O, münaqişənin hər iki tərəfində vəziyyəti sakitləşdirmək səlahiyyətinə malikdir" Barç belə deyib. Siyasətçi belə qənaətə gəlib ki, kansler Olaf Şolzun yeni hökuməti kifayət qədər vasitəçilik funksiyasını yerinə yetirmir.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris və Berlin Ukrayna münaqişəsinə son qoymaq üçün vasitəçilik səylərinə sadiqdirlər. Onun sözlərinə görə, Beşinci Respublikanın hakimiyyəti yaxın həftələrdə Ukrayna ətrafında vəziyyətin nizamlanmasına nail olmağı qarşısına məqsəd qoyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR