Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, söhbət zamanı ikitərəfli və regional, o cümlədən Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmalarının icrası ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin təhlükəsizlik zəmanətləri ilə bağlı fikir mübadiləsi aparılıb.