Putinlə Şoltsun mətbuat konfransında

Xəbər verdiyimiz kimi, bu gün Almaniya kansleri Olaf Şoltz Rusiyaya səfər edib. Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra iki ölkə rəsmilərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Metbuat.az xəbər verir ki, mətbuat konfransı zamanı Şolts Avropadakı müharibə vəziyyətindən danışıb.

"Bizim nəsil üçün Avropada müharibə ağlasığmazdır, bunun gələcəkdə də belə qalacağına əmin olmalıyıq", - deyə Şolts qeyd edib.

Putin də çıxışında Avropanın yaxın dövrlərdə müharibəyə şahidlik etdiyini bildirib. O, NATO-nun Yuqoslaviyaya hücumunu xatırladaraq qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının etirazına məhəl qoyulmadan NATO müttəfiqləri Belqradı bombalayıb.

Şolts cavabında bildirib ki, Yuqoslaviyada baş verənlər qaçınılmaz idi, çünki orada soyqırımı təhdidi olub və bu, hansısa yolla dayandırılmalı idi. Bundan əlavə, Almaniya kansleri hazırda Balkan yarımadasında vəziyyətin stabil olduğunu bildirib və əlavə edib ki, onlar Avropa İttifaqına inteqrasiya edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR