"Mançester Siti" rəqibini darmadağın etdi,

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində ilk gündə iki matç baş tutub.

Metbuat.az xəbər verir ki, ilk qarşılaşma Fransada PSJ və İspaniya "Real Madrid"i arasında baş tutub. Belə ki, oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə fərqlənən Kilian Mbappe meydan sahiblərinə qələbə qazandırıb və görüş 1:0 hesabı ilə başa çatıb. 62-ci dəqiqədə Paris klubunun ulduz hücumçusu Lionel Messi penaltidən yararlana bilməyib.

İkinci qarşılaşmada isə İngiltərənin "Mançester Siti" klubu ilə Portuqaliyada "Sportinq"i yarışıb. "Mançester Siti" rəqibini 5:0 hesabı ilə darmadağın edib.

Komandalar arasında cavab matçları martın 9-da gerçəkləşəcək.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR