Zelenskidən GÖZLƏNİLMƏZ HƏMLƏ: Ukrayna rəsmən NATO-ya müraciət etdi -

Ukrayna hökuməti mülki əhaliyə zərər vura biləcək genişmiqyaslı fövqəladə hallar üçün NATO-dan yardım istəyib.

Metbuat.az xəbər verir ki, bu barədə hərbi alyans məlumat yayıb. Açıqlamada bildirilir ki, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi Ukraynadan müraciət alıb. Məlumata görə, Ukrayna həmçinin NATO-dan bir sıra hərbi vasitələr tələb edib.

Qeyd edək ki, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi NATO-nun fövqəladə hallara reaksiya mexanizmidir. Fövqəladə hallarda bu quruma müraciət daxil olarsa, NATO ölkələri həmin dövlətə müvafiq məbləğdə yardım ayıra və dəstək verə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR