Qubada qəbiristanlıqda silah-sursat aşkarlanıb

Qubada qəbiristanlıqda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Metbuat.az-a bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) Növbətçi hissəsinə şəhər qəbiristanlığında silah-sursat olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gedən polis əməkdaşları həmin ərazidən 1 tapança, 45 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR