Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 258 nəfər dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 465 min 563 nəfərin test edildiyi, 92 min 406 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 103 min 988 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.