Federasiyanın paylaşdığı foto etirazla qarşılandı: Qadınların və kişilərin... -

Türkiyənin Sutopu federasiyasının sosial media hesabında paylaşdığı foto etirazla qarşılanıb.

Metbuat.az xəbər verir ki, federasiya Avropa çempionatında iştirak edəcək, kişi idmançıların alt paltarda fotosunu paylaşıb. Lakin qadınların olduğu fotoda federasiya xanım idmançıların suda olan şəklini paylaşaraq, onların bədəninin görünməsini istəməyib. Bu isə etirazla qarşılanıb. Qadın və kişilər arasında edilən ayrı-seçkilik tənqid olunub. Kütləvi tənqidlərdən sonra federasiya şəkildəki rəy bölməsini bağlayıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR