Münhen Təhlükəsizlik Konfransı başladı

58-ci Münhen Təhlükəsizlik Konfransı işə başlayıb.

Metbuat.az xəbər verir ki, bu dəfə 30-dan artıq ölkənin dövlət və hökumət başçıları, 100-dək xarici işlər, müdafiə nazirinin iştirak etdiyi tədbirin bir hissəsi onlayn formatda keçiriləcək.

Konfransın gündəliyində koronavirus pandemiyası, Ukrayna və Əfqanıstanla bağlı vəziyyət, iqlim dəyişikliyi yer alıb.

İştirakçılar qarşısında BMT baş katibi Antoniu Quterres, NATO baş katibi Yens Stoltenberq, Avropa Komisiyasının prezidenti Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti ali təmsilçisi Josep Borrelin, habelə ABŞ, Böyük Britaniya, Ukrayna kimi ölkələrin liderlərinin nitq söyləyəcəyi gözlənilir.

Konfrans işini fevralın 20-də başa vuracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR