Tramp Ağ evdən "OĞURLUQ" edib -

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evi tərk etdikdən sonra Floridadakı evinə məxfi məlumatları aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi Konqresə göndərdiyi məktubda qeyd edib. Məlumata görə, Tramp 15 qutu məxfi sənədi mənimsəyib.

Həmin qutuların içərisində gizli milli təhlükəsizlik məlumatları kimi qeyd olunan əşyalar da daxildir. Milli Arxivlər və Qeydlər İdarəsi Hazırda məsələnin detallarını araşdırır.

Qeyd edək ki, "Washington Post" keçən həftə Trampın evinə aparılan bəzi sənədlərin məxfi kimi qeyd edildiyini və bunun, Trampın və ya onun köməkçilərinin üzləşə biləcəyi hüquqi təzyiqi gücləndirə biləcəyini yazmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR