5 gündür axtarılan aktrisanın ölüsü tapıldı - FOTO

Təxminən 5 gündür axtarılan məşhur aktrisa Lindsi Pörlman ölü halda tapılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, “General hospital” filmi ilə də tanınan 43 yaşlı aktrisadan günlərcə xəbər almaq mümkün olmayıb. Polis aktrisanın meyitini Los-Ancelesdə tapıb. Onun meyiti ölüm səbəbini dəqiqləşdirmək üçün tibbi ekspertizaya göndərilib.

Lindsinin həyat yoldaşı Vans Smis aktrisanın ölümündən sarsıldığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR