Donbassda iki ukraynalı hərbçi həlak olub, dördü yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, açılan atəş nəticəsində yaralanan hərbçilər xəstəxanaya yerləşdirilib.

Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, Ukrayna hərbçiləri “Donbassdakı vəziyyəti izləyir və potensial təhlükələrə adekvat cavab verirlər”.