Ərdoğan Afrika turnesinə başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 20-dən üç ölkəni əhatə edən Afrika səfərinə başlayır.

Metbuat.az xəbər verir ki, qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 20-23 tarixlərində Konqo, Seneqal və Qvineya-Bisauda olacaq.

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, səfərlər çərçivəsində keçiriləcək rəsmi görüşlərdə ikitərəfli əlaqələr hər aspektdə müzakirə olunacaq. Eyni zamanda, Türkiyə ilə bu ölkələr arasında hər sahədə əməkdaşlığın inkişaf etdirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Ərdoğan paytaxt Dakarda Seneqal prezidenti Maki Sal (Macky Sall) və dəvət edilən digər ölkələrin prezidentləri ilə birlikdə Türkiyə şirkəti tərəfindən inşa edilən 50 min yerlik Dakar Olimpiya Stadionunun açılış mərasimində iştirak edəcək.

Türkiyə prezidentinin iştirakçı ölkələrin liderləri ilə ikitərəfli görüşləri də planlaşdırılır. Səfər çərçivəsində Türkiyənin Seneqal Səfirliyinin yeni binasınım açılışı olacaq. Bundan əlavə, Ərdoğanın Qvineya-Bisauya səfəri Türkiyədən bu ölkəyə prezidentlər səviyyəsində ilk rəsmi səfər olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR