Həkim məsuliyyətsizliyi:

"Morqdan mənə zəng etdilər ki, ananın meyitini gəl təhvil al. Təəccüb etdim. Kimin meyitini, bu necə olur... Dedim ki, anam uzun müddətdir sizin xəstəxanada deyil axı...".

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Nijni Novqorod vilayətinin Kstova şəhər sakini Dmitri Davıdov tibb işçilərinin məsuliyyətsizliyindən danışarkən deyib.

Onun sözlərinə görə, anası koronavirusa yoluxub. Anasının getdikcə ağırlaşdığını görən Dmitri valideynini Kstovo Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib.

Ancaq müalicə gözlənilən nəticəni verməyib.

Belə olan halda, Dmitri anasını xüsusi təcili yardım maşını ilə Moskvadakı klinikalardan birinə aparır.

Bir müddət sonra Dmitriyə Kstovadakı xəastəxananın morqundan anasının ölmü ilə bağlı məlum zəng gəlir. Davıdovun dediyinə görə, sonradan həkimlər ona zəng vuraraq üzrxahlıq ediblər.

Kstovo Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi səhvini etiraf edib.

Xəstəxananın baş həkimi Aleksandr Tsopovun sözlərinə görə, qəbul şöbəsində ölən digər qadınla Dmitrinin anasının sənədləri qarışıq düşüb.

Baş həkim tibb işçilərinin cəzalandırılacağını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR