Kraliça koronavirusa yoluxdu

Böyük Britaniya kraliçası II Elizabet koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters”ə Bukinqem sarayından bildirilib.

Qeyd edilib ki, 95 yaşlı kraliçanın COVID-19 testinin nəticəsi müsbət çıxıb. O, xəstəliyi yüngül keçirir, lakin gələn həftə vəzifələrini davam etdirəcəyini gözləyir.

“O, tibbi yardım almağa davam edəcək və bütün müvafiq qaydalara əməl edəcək”, - saraydan vurğulanıb.

Taxtın varisi 73 yaşlı Çarlz bu ayın əvvəlində ikinci dəfə koronavirusa yoluxub. Saraydakı mənbə onun kraliça ilə bir neçə gün əvvəl görüşdüyünü bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR