Zelenski Putinə meydan oxudu: Qorxmuruq, Rusiyaya heç nə verməyəcəyik

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın qondarma respublikalar barədə qərarına sərt münasibət bildirib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın davranışları Ukraynanın torpaq bütövlüyünün və suverenliyinin pozulmasıdır. O bəyan edib ki, Moskvanın qərarlarından asılı olmayaraq, Ukraynanın beynəlxalq sərhədləri olduğu kimi qalacaq.

“Rusiyanın qərarları sülhə yönəlik yürüdülən cəhdləri və beynəlxalq müzakirələri pozur. Ukrayna sülh istəyir və siyasi diplomatik həll yolunu dəstəkləyir. Qorxmuruq. Ukrayna heç kimə heç nə verməyəcək. Müttəfiqlərimizdən qəti və təsirli dəstək gözləyirik”.

Qeyd edək ki, Rusiya qondarma Donetsk və Luqansk respublikalarının müstəqilliyini tanıyıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR