Sedat Peker barəsində 194 ölkədə axtarış elan edildi: Türkiyə cinayətkarın ekstradisiyası üçün krallığa müraciət etdi

İnterpol Birləşmiş Ərəb Əmirliklərində gizlənən cinayətkar dəstənin lideri Sedat Peker üçün 194 ölkədə “Qırmızı bülleten”lə axtarış qərarı çıxarıb.

Metbuat.az xəbər verir ki, Sedat Peker haqqında Türkiyə məhkəmələrində araşdırmalar davam edir. Məhkəmələr Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edərək, Peker haqqında “Qırmızı bülleten”lə axtarış tələb etmişdi. Ardınca Ədliyyə Nazirliyi İnterpola müraciət edərək, qərarın çıxarılmasına nail olub.

Qərar çıxandan sonra Türkiyə Birləşmiş Ərəb Əmirliklərinə müraciət edərək, Türkiyəyə ekstradisiya olunması üçün Sedat Pekerin həbsini tələb edib.

Sedat Peker Türkiyə əleyhinə çıxışlar edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR