Ukraynanın Milli Qəhrəmanı, azərbaycanlı Vidadi İsrafilov da döyüşdədir -

Ukraynanın Milli Qəhrəmanı, azərbaycanlı Vidadi İsrafilov da hazırda döyüşdədir.

Məşhur "Azov" taborunda döyüşən zabit Vidadi İsrafilov indi ən ağır hərbi əməliyyatların getdiyi bölgədədir.

Metbuat.az milli.az-a istinadən xəbər verir ki, əslən Şəkidən olan 55 yaşlı V.İsrafilov iki övlad atasıdır. O, 1999-cu ildən bəri Ukraynada yaşayır, Ukrayna vətəndaşıdır.

V.İsrafilovun qızı Ukrayna DİN-nin Milli Akademiyasını, oğlu isə Kiyev Milli İnşaat və Memarlıq Akademiyasını başa vurub.

Əvvəllər inşaat şirkətində işləmiş V.İsrafilov 2014-cü ildə könüllü olaraq "Azov" taburuna qoşulub.

İndi o, Xerson istiqamətindəki döyüşlərdə iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR