Ukraynada öldürülən rus hərbçinin ŞOK MESAJLARI üzə çıxdı: "Ana çox qorxuram"

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislisa Ukraynada həlak olan rus hərbçinin telefonundakı mesajları paylaşıb.

Metbuat.az xəbər verir ki, diplomatın sözlərinə görə, rus əsgər anası ilə söhbət zamanı vəziyyətin nə qədər acınacaqlı olduğunu ifadə edib:

“Anası oğluna qida bağlaması göndərmək istədiyini yazıb. Rus əsgər isə ona artıq Krımda olmadığını Ukraynada müharibədə olduğunu bildirib. “Burada həqiqi müharibə var. Qorxuram. Bütün şəhərləri bombalayırıq. Hətta dinc sakinləri də hədəfə alırıq. Bizə xoş gəldiniz dedilər. Sakinlər zirehli texnikaların qarşısını almağa çalışır. Bizə faşist deyirlər””.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR