Hövsanda moped avtomobillə toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, fevralın 28-də saat 14 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində K.Babayevin idarə etdiyi “KİA” markalı avtomobil və Eldar Məmmədovun idarə etdiyi moped toqquşub. Nəticədə E.Məmmədov hadisə yerində ölüb.
Suraxanı RPİ-də araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR