Rusiyadan XƏBƏRDARLIQ: Nüvə silahlarının evə qayıtmasının vaxtıdır

“ABŞ-ın Avropadakı nüvə silahlarının evinə qayıtmasının vaxtıdır”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov açıqlama verib. O bildirib ki, Ukraynada 2014-cü ildə baş verən hadisələr Qərbin təsiri ilə törədilmiş çevriliş idi:

“Ukrayna Sovet nüvə texnologiyasına və bu cür silahları əldə etmək vasitələrinə sahibdir. Bu real təhlükəyə səssiz qalmaq olmaz. Rusiya nüvə silahlarının və oxşar texnologiyaların Ukraynada ortaya çıxmasının qarşısını almaq üçün bütün tədbirləri görür. Qərb Rusiyanın əsaslı təhlükəsizlik zəmanətini nəzərə almadı. Təhlükəsizlik zəmanəti Ukrayna və Gürcüstanın NATO-ya üzv olmasından və NATO-nun genişlənməsindən imtina edilməsidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR