Neft sürətlə bahalaşır:

“Brent” markalı neftin qiyməti 2013-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 117 dolları ötüb.

Metbuat.az xəbər verir ki, bu, Londonun ICE birjasının göstəricilərində əks olunub.

Belə ki, “Brent” markalı neftin qiyməti may müqaviləsinin dəyəri 3,89% artaraq 117,32 dollar olub. Eyni zamanda, WTI markalı xam neftin aprel müqaviləsi isə 3,47% artaraq bir barel üçün 114,40 dollar təşkil edib.

Mənbə: Bloomberg


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR