"Təhsilin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı genişləndirilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, siyahıya Təhsilin İnkişafı Fondu da əlavə edilib.

Baş nazirin digər qərarına əsasən, Təhsil Nazirliyinin tabeliyində “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb və Fondun Nizamnaməsi təsdiq edilib.

Müəyyən edilib ki, Fondun Nizamnamə fondu 1 milyon manat təşkil edir və Nazirlik tərəfindən tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalar hesabına təmin olunur.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu ötən ilin iyulun 14-də Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)