Ukrayna ordusu Rusiyanın desant bazasını bombaladı

Ukrayna artilleriyası Kiyev vilayətinin Kozaroviçi kəndi yaxınlığında rus desantlarının bazasını vurub.

Metbuat.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib. Onun sözlərinə görə, baza Kozaroviçi kəndi yaxınlığındakı müəssisənin ərazisində yerləşir.

Bununla yanaşı, Rusiya Çerniqov vilayətində texnika karvanını və Volnovaxa yaxınlığında bir təyyarəni itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR