Rusiya Ukraynanın iki şəhərində sükut ELAN ETDİ -

“Martın 5-də Moskva vaxtı ilə səhər saat 10-dan etibarən Rusiya tərəfi sükut rejimi elan edərək mülki əhalinin Mariupol və Volnovaxadan çıxması üçün humanitar dəhlizlər açacaqdır”.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Federasiyasının Müdafiə Nazirliyi edib. Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyi humanitar dəhlizlərin və çıxış yollarını Ukrayna tərəfi ilə razılaşdırıb həyata keçirəcəkdir.

Amma Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenko faktı təkzib edib.

"Bir çox sahələrdə danışıqlar aparılır, lakin təəssüf ki, biz hələ ruslardan atəş açmamaq barədə razılıq cavabı almamışıq", - Denisenko bildirib.

O qeyd edib ki, hakimiyyət yalnız atəşkəs zəmanəti aldıqdan sonra mülki əhalinin təxliyəsi, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlər yarada bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR