“Brent” neftin qiyməti son 10 ildə rekord

Dünya bazarında neftin qiyməti artıb.

Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 9.97% artaraq 1 barelə görə 129.89 dollar təşkil edib.

Bununla da, “Brent” markalı neft son 10 ildə - 2012-ci ilin ən yüksək qiyməti olan 128 dolları ötüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 8.14% artaraq 125.10 dollara çatıb.

Mənbə: Bloomberg


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR