“Qarabağ” son altı mövsümün ən yüksək göstəricisinə imza atıb

“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 9-cu ev oyununda qələbə qazanıb və son 6 mövsümün ən yüksək göstəricisinə imza atıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, cari mövsüm öz meydanında keçirdiyi 8 qarşılaşmanın hamısında qalib gələn "köhlən atlar" ötən çempionatının son ev matçında da üç xal əldə edib.

Ağdamlılar sonuncu dəfə 2021-ci il mayın 4-də “Zirə” ilə qarşılaşmada xal itkisi ilə üzləşib – 1:1. Daha uzun seriyaya sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub.

Qeyd edək ki, “Qarabağ” XVIII turun “Qəbələ” ilə ev matçında 5:1 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR