Ukrayna ilə bağlı ŞOK PLAN: NATO-nun Qafqaza girməsini istəyirlər

“ABŞ-ın məqsədi Rusiyanı Ukrayna müharibəsində zəiflədərək onun dünyadakı nüfuz dairəsini ələ keçirməkdir”.

Metbuat.az xəbər verir ki, Türkiyənin siyasi şərhçisi Taha Dağlı belə açıqlama verib. O bildirib ki, ABŞ Putinin Ukrayna müharibəsində ciddi güc itirməsini istəyir. Məqsəd Rusiyanı dizə gətirib NATO-nun Qafqaza girməsini təmin etməkdir.

Şərhçi hesab edir ki, ABŞ Putini dünyadan təcrid etmək və ya Putinsiz Rusiya formalaşdırmaq istəyir. Plan ABŞ-ın ssenarisinə uyğun gedərsə, Vaşinqtonun növbəti hədəfi Çin olacaq. “ABŞ, Çinlə Rusiyanın əməkdaşlıq etməsini istəmir. Rusiyanın güc itirəcəyi təqdirdə ABŞ Çinlə bağlı planlarını tətbiq etməyə başlayacaq” - deyə şərhçi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR