Mariupolda doğum evi BOMBALANDI -

Rusiya hərbçiləri Ukraynanın Mariupol şəhərində yerləşən doğum evinə hava zərbələri endirib.

Metbuat.az xəbər verir ki, nəticədə tikililər tamamilə dağılıb. Rusiyanın hücumu nəticəsində 17 nəfər yaralanıb, onların arasında yeni ana olan qadınlar da var.

Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında paylaşım edərək Rusiyanın hücumlarını pisləyib, doğum evinə zərbələr nəticəsində dağıntılar altında uşaqların olduğunu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR