“Çin indiyə qədər Rusiyaya qarşı qadağalara demək olar ki əməl edir”.

Metbuat.az xəbər verir ki, bu barədə “Ağ ev”in sözçüsü Cen Psaki açıqlama verib. O bildirib:

“Çin BMT Təhlükəsizlik Şurasında Rusiyaya qarşı səsvermədə bitərəf qalsa da, Moskvaya qarşı sanksiyalara əməl etdiyini müşahidə edirik”.

Psaki bildirib ki, bununla belə Çinin qəti mövqeyini hələlik müəyyən etmək mümkün olmayıb.